Rusiya qoşunları Suriyada həmişəlik qalacaq

  26 Dekabr 2017    Oxunub : 455
Rusiya qoşunları Suriyada həmişəlik qalacaq
Rusiya Suriyanın Tartus və Hmeymim bazalarında daimi qoşun birləşmələri yaradır.
AzVision.az-ın “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, artıq ölkənin ali baş komandanı Tartus və Hmeymim bazalarının strukturu və ştatını təsdiqləyib.

O, həmçinin bu barədə müqavilələrin ratifikasiyasına görə parlamentə təşəkkür edib.

AzVision.az

Teqlər: Rusiya   Suriya