ABŞ Fələstinə yeni paytaxt təklif edir

ABŞ Fələstinə yeni paytaxt təklif edir
  26 Dekabr 2017    Oxunub:1876
ABŞ prezidenti Donald Trampın Administrasiyası Qüdslə sərhəd olan Abu-Dis şəhərinin Fələstinin paytaxtı elan edilməsini təklif edib.
AzVision.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bunu HƏMAS hərəkatının lideri İsmayıl Haniyə bildirib.

“Vaşinqton Fələstin rəhbərliyinə Abu-Dis şəhərinin paytaxt elan edilməsini təklif edib”, - deyə Haniyə qeyd edib.

HƏMAS hərəkatının lideri əlavə edib ki, Vaşinqtonun təklifində siyasi islahatlar yolu ilə Qəza sektorunda vəziyyətin normallaşdırılmasına dair məqamlar yer alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qüds   Fələstin  





Xəbər lenti