Milli Şura meriyanın təklifi ilə razılaşdı

Milli Şura meriyanın təklifi ilə razılaşdı
  25 Sentyabr 2013    Oxunub:1118
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin mitinqlə bağlı müraciətinə cavab verib.
Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyevin AzVision.az-a verdiyi məlumata görə, İcra Hakimiyyəti Cəmil Həsənlinin 29 sentyabrda nəzərdə tuulmuş mitinqinə icazə verməyib.

Komitə rəhbəri bildirib ki, buna görə də Miilli Şura meriyanın təklifi ilə razılaşaraq, mitinqin vaxtını sentyabrın 28-ə təyin edib.

Qeyd edək ki, sentyabrın 27-də prezidentliyə namizəd Qüdrət Həsənquliyev, sentyabrın 29-da isə Cəmil Həsənli və Hafiz Hacıyev seçicilərlə görüşmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti