İsrail hərbçiləri 610 fələstinlini həbs edib

İsrail hərbçiləri 610 fələstinlini həbs edib
  26 Dekabr 2017    Oxunub:2046
İsrail hüquq mühafizə orqanları bu gün İordan çayının Qərb sahilində 23 fələstinlini həbs edib.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Həbs Olunanların İşi üzrə Fələstin Komissiyasının yaydığı məlumatda bildirilir.
Fələstinlilərin bu gün səhər saatlarında həbs olunduğu qeyd edilib. Komissiyanın yaydığı məlumata əsasən, bununla da ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra saxlanılan fələstinlilərin sayı 610-a çatıb: “Həbs edilənlərdən 170 uşaq, 12-i isə qadındır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra mütəmadi olaraq İsrail Təhlükəsizlik Qüvvələri və fələstinlilər arasında toqquşma baş verir.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: İsrail   Fələstin   Qüds  





Xəbər lenti