Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı genişləndirir

Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı genişləndirir
  26 Dekabr 2017    Oxunub:2346
Gürcüstanın müdafiə naziri Levon İzoriya erməni həmkarı Vigen Sarkisyanla görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlər müdafiə sahəsində əməkdaşlıq məsələsini müzakirə edib, gələn il ölkələr arasında bu sahədə qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyini bildiriblər. Görüş zamanı hərbi tibbi əməkdaşlıq və təhsil sahəsinə xüsusi diqqət ayrılıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, tərəflər gürcü və erməni hərbçilərin sülhməramlı missiyalarda iştirakını da müzakirə ediblər.

Levon İzoriya 2018-ci ildə “Noble Partner” və “Agile Spirit” təlimlərində gürcü və erməni hərbçilərin birgə iştirakına ümid etdiyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Gürcüstan  





Xəbər lenti