“Rusiya dünya miqyasında stabilləşdirici faktordur” - İlham Əliyev (Yenilənib)

“Rusiya dünya miqyasında stabilləşdirici faktordur” - İlham Əliyev (Yenilənib)
  27 Dekabr 2017    Oxunub:3965
"Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib"
Bunu MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Rusiya MDB-ni birləşdirən ölkə, birliyinin əsas ölkəsidir. Təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu ictmani razılığa söykənir", - deyə İlham Əliyev vurğulayıb.



Ölk başçısı Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini söyləyib: "Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfesiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də, bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur". (APA)



***
(22:40)

MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb.

Görüşdə müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.



***
(20:45)

Rusiyanın paytaxtı Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon və Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

Dövlət başçılarının qeyri-rəsmi görüşündə müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, prezidentlərin görüşü “Novo-Oqaryovo” dövlət iqamətgahında keçirilir.




AzVision.az


Teqlər: Moskva   MDB   İlham-Əliyev  





Xəbər lenti