Mübariz Mənsimov: “Mən Prezidentimizin yanındayam”

Mübariz Mənsimov: “Mən Prezidentimizin yanındayam”
  25 Sentyabr 2013    Oxunub:1315
“Qarşıdakı Prezident seçkilərində mən səsimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə verəcəyəm”.

AzVision.az xəbər verir ki, tanınmış iş adamı, PALMALİ Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yap.org.az saytına müüsahibə verib. Oktyabrın 9-da keçiriləcək seçkilərdən danışan M.Mənsimov səsini İlham Əliyevə verəcəyini bildirib:

“Azərbaycanımızı önümüzdəki illərdə daha da böyük zirvələrə daşımaq üçün Böyük Millətimiz birlik və bərabərlik içində gecə-gündüz demədən çalışmalı, Qarabağımızın xoş sabahı uğrunda hər şeyimizi fəda etməliyik. Mən də çoxmillətli və çoxminli Palmali ailəsi ilə birlikdə hər zaman xalqımın, onun Prezidentinin yanındayam.

Qarşıdakı Prezident seçkilərində mən səsimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevə verəcəyəm. Müdrik və uzaqgörən xalqımızın da namizədinin möhtərəm İlham Heydər oğlu Əliyev olduğuna inanıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti