Yanvarın 1-dən bu smartfonlarda “WhatsApp” işləməyəcək

Yanvarın 1-dən bu smartfonlarda “WhatsApp” işləməyəcək
  27 Dekabr 2017    Oxunub:23627
“WhatsApp” mesenceri 2018-ci ildən etibarən bir neçə populyar əməliyyat sistemini dəstəkləməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə “International Business Times” məlumat yayıb.
Məlumata əsasən, 2018-ci ildən etibarən “WhatsApp” “Windows 8.0” və daha köhnə, həmçinin “BlackBerry OS” və ya “BlackBerry 10” əməliyyat sistemlərində işləməyəcək.

Mesencer rəhbərliyi xəbərdarlıq edib ki, əməliyyat sistemlərinin dəstəklənməsi mərhələli şəkildə dayandırılacaq və gələn ilin sonunda bir çox funksiyalardan əməliyyat sistemlərində işləyən smartfonların sahibləri istifadə edə bilməyəcək.

Bundan əlavə, gələn il “Nokia S40”-ın 2020-ci ildən isə “Android 2.3.7” və daha köhnə versiyada işləyən əməliyyat sistemlərinin dəstəklənməsinin dayandırılması planlaşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: WhatsApp  





Xəbər lenti