Azərbaycanda idmançının qanında morfin aşkarlanıb

Azərbaycanda idmançının qanında morfin aşkarlanıb
  27 Dekabr 2017    Oxunub:1895
Azərbaycanda keçirilən dopinq testinin nəticələrinə əsasən bir idmançının nümunəsində narkotik maddə aşkar edilib.

Bununla bağlı AzVision.az-a açıqlamasında Azərbaycan Milli AntiDoping Agentliyinin rəhbəri Şəfəq Hüseynli bildirib.
Onun sözlərinə görə, idmançı müalicə aldığı zaman dərman qəbul edib: "İdmançının qəbul etdiyi dərmanın tərkibində morfin olub. Həmin idmançı diskvalifikasiya olunmayıb. Çünki, bunu bilərəkdən etməyib, dərmanın tərkibində olub".

Aytən Zəhra
AzVision.az


Teqlər: Dopinq   İdmançı  





Xəbər lenti