Lavrov Rusiyanın Suriyadakı əsas hədəfini açıqladı

Lavrov Rusiyanın Suriyadakı əsas hədəfini açıqladı
  27 Dekabr 2017    Oxunub:1564
Suriyada ən başlıca anti-terror hədəfi “Cəbahət ən-Nusra” terror qruplaşmasının məhv edilməsidir.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Suriyanın sabahı” müxalif hərəkatının lideri Əhməd əl-Carba ilə görüşü zamanı bildirib.
“Aydındır ki, İŞİD terror təşkilatı ilə əsas mübarizə geridə qaldı. Təbii ki, hazırda ən əsas anti-terror hədəfi “Cəbahət ən-Nusra” qruplaşmasının məhv edilməsidir”, - deyə Lavrov vurğulayıb.

O, həmçinin əlavə edib ki, terror təşkilatı Suriya ordusu ilə mübarizə üçün xaricdən kömək alır: “Bizim dəstəyimizlə Suriya ordusu tərəfdaşları ilə birgə “Cəbahət ən-Nusra” qruplaşmasının üzvlərini sıxışdırır. Lakin onlar hələ də müqavimət göstərirlər. Bizdə olan məlumatlara görə, qruplaşmaya kənardan kömək edilir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Suriya   Lavrov   Rusiya  





Xəbər lenti