Putin prezidentliyə rəsmən namizəd oldu - VİDEO

Putin prezidentliyə rəsmən namizəd oldu - VİDEO
  27 Dekabr 2017    Oxunub:1669
Rusiyanın hazırki dövlət başçısı Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya MSK Putinin sənədlərini qəbul edib. Qeyd edilib ki, Putin seçkilərə müstəqil namizəd kimi qatılacaq.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri gələn ilin martın 18-də keçiriləcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin   Seçki  





Xəbər lenti