BMT-nin yeni büdcəsi 5.4 milyard dollardır

BMT-nin yeni büdcəsi 5.4 milyard dollardır
  27 Dekabr 2017    Oxunub:971
2018-2019-cu illər üzrə BMT-nin büdcəsi əvvəlki iki illik dövrlə müqayisədə 285 milyon dollar azalıb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin saytında məlumat yerləşdirilib. Bildirilib ki, yaxın iki il üçün BMT-yə üzv ölkələr quruma 5,4 milyard dollar vəsait ayıracaq.

Yeni büdcəyə dair müzakirələr 7 saat davam edib. ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli bəyan edib ki, qurumun büdcəsində azalma ABŞ nümayəndə heyətinin səyləri əsasında baş verib.

O, əlavə edib ki, ABŞ qurumun büdcəsinə ən çox vəsait ayıran ölkə olaraq bundan sonra öz maraqlarını qoruyaraq BMT-nin effektivliyinin artırılması yollarını axtarmağa davam edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT  





Xəbər lenti