Vakant həkim yerlərinin sayı açıqlandı

Vakant həkim yerlərinin sayı açıqlandı
  25 Sentyabr 2013    Oxunub:902
Azərbaycan Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində vakant həkim yerlərinin sayı açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, dövlət səhiyyə müəssisələrində 2000-ə qədər vakant həkim yeri var. Həmin yerlərin çoxu regionlardakı səhiyyə müəssisələrinin payına düşür. Bakıdakı dövlət səhiyyə müəssisələrindəki vakant həkim yerlərinin sayı isə 60-dan çoxdur.

Vakant həkim yerləri üzrə işə qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna sentyabrın 13-dən başlanılıb. Sənəd qəbulu oktyabrın 12-də tamamlanacaq. İşə qəbul üçün imtahanların oktyabr ayı ərzində keçirilməsi planlaşdırılır. İmtahanın dəqiq tarixləri hələ müəyyənləşdirilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti