DİM 1000 nəzarətçi müəllimə təşəkkür etdi

DİM 1000 nəzarətçi müəllimə təşəkkür etdi
  27 Dekabr 2017    Oxunub:1881
Dekabrın 27-də Dövlət İmtahan Mərkəzinin Regional Bölmələrində (Gəncə, Lənkəran, Xaçmaz, Göyçay, Bərdə, Naxçıvan, Şəki, Şirvan) 2017-ci ildə keçirilən imtahanlarda xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə imtahanlarda fəal iştirak etmiş müəllimlər fəxri fərmanla təltif ediliblər.

Qeyd edək ki, Regional Bölmələr arasında videobağlantı vasitəsilə əlaqə yaradılıb və DİM Direktorlar Şurasının sədri M. Abbaszadə çıxış edərək imtahanların obyektiv və qaydalara uyğun keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Məlumat üçün bildirək ki, Gəncə şəhəri üzrə 308, Lənkəran şəhəri üzrə 183, Şəki şəhəri üzrə 179, Xaçmaz şəhəri üzrə 115, Göyçay şəhəri üzrə 88, Bərdə şəhəri üzrə 23, Naxçıvan şəhəri üzrə 61, Şirvan şəhəri üzrə 50 nəzarətçi-müəllimə indiyə qədər keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib.

Respublika üzrə isə ümumilikdə 1000 nəzarətçi-müəllimə təşəkkür elan olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM  





Xəbər lenti