Sankt-Peterburqda güclü partlayış - Yaralılar var (Yenilənib)

  27 Dekabr 2017    Oxunub : 820
Sankt-Peterburqda güclü partlayış - Yaralılar var (Yenilənib)
Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb.
Məlumatda bildirilib ki, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.

Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Hadisə nəticəsində 9 nəfər xəstəxanalara yerləşdirilib, ölən yoxdur.

***
(21:30)

Rusiyanın Sankt-Peterburq şəhərində mağazaların birində güclü partlayış baş verib.

AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 9 nəfər yaralanıb. Mağazadan 50-dən çox insan təxliyə olunub.

Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib. Partlayışla bağlı cinayət işi açıb, təhqiqat aparır.

AzVision.az

Teqlər: Rusiya   Partlayış