Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 38 nəfər tutulub

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 38 nəfər tutulub
  28 Dekabr 2017    Oxunub:1366
Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 11 fərqli ünvanda keçirilən əməliyyat nəticəsində 38 nəfər saxlanılıb.

Tutulan şəxslərin əksəriyyətinin suriyalı olduğu bildirilir. Baxış keçirilən evlərdən terror təşkilatına aid çoxlu sayda sənəd və digər materiallar götürülüb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   İŞİD  





Xəbər lenti