Putin Peterburqdakı partlayışı terror adlandırdı

Putin Peterburqdakı partlayışı terror adlandırdı
  28 Dekabr 2017    Oxunub:1805
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində supermarketdə törədilən partlayışı terror aktı adlandırıb.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşü zamanı Putin deyib:

“Bilirsiniz ki, dünən Sankt-Peterburqda terror aktı törədilib. Şübhəli şəxs qismində saxlanılarkən qanun çərçivəsində fəaliyyət göstərmək lazımdır. Amma əməkdaşlarımızın həyat və sağlamlığına təhlükə olduqda qətiyyətlə hərəkət etmək, əsir götürməmək lazımdır”.

Putin həmçinin bildirib ki, iki il ərzində Suriyada hərbi əməliyyatlarda 48 mindən çox Rusiya hərbi qulluqçusu iştirak edib.

Xatırladaq ki, ötən gün Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb. Bildirilib ki, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb. Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Son məlumata görə, Sankt-Peterburqdakı partlayışda yaralananların sayı 13-ə çatıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti