Ermənistanda İŞİD-çi Arman Rusiya hərbçisini öldürüb

Ermənistanda İŞİD-çi Arman Rusiya hərbçisini öldürüb
  28 Dekabr 2017    Oxunub:1733
Ermənistanda rus hərbi qulluqçunun öldürülməsi faktı üzrə cinayət işi yekunlaşıb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, yekun ittihama görə, özünü İŞİD terror qruplaşmasının tərəfdarı kimi təqdim edən Arman Cancuqazyan istintaq tərəfindən müəyyən edilməyən naməlum şəxslərin köməyi ilə dini fanatizm baxışlarından irəli gələrək 2017-ci il aprelin 22-də saat 17:30 radələrində Rusiya hərbi bazasının hərbi qulluqçusu, 21 yaşlı Dmitri Yalpayevə bıçaqla xəsarət yetirib.

Hərbçi aldığı bıçaq xəsarətindən ölüb. Nəticədə Arman Cancuqazyan həbs edilib. Cinayət işinə Şirak vilayət məhkəməsində baxılır.

AzVision.az


Teqlər: İŞİD   Ermənistan   Rusiya  





Xəbər lenti