Minə yaxın terrorçu Ermənistana girməyə çalışıb - MTX-nın əməliyyatı

Minə yaxın terrorçu Ermənistana girməyə çalışıb - MTX-nın əməliyyatı
  28 Dekabr 2017    Oxunub:28800
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) şübhəli şəxsin ölkəyə girişinin qarşısını alıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.
Məlumata əsasən, bir neçə gün əvvəl İŞİD-lə əlaqəli olan xarici ölkə vətəndaşı Ermənistana daxil olmaq istəyib. Türkiyədən gəldiyi iddia edilən İŞİD üzvü geri göndərilib.

Ümumilikdə, ilin əvvəlindən terrorçularla əlaqədə şübhəli bilinən 960 xarici ölkə vətəndaşının Ermənistana girişinin qarşısı alınıb, 95 əcnəbi isə sərhəd nəzarətinə götürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti