Dünyaca məşhur futbolçu Yeni ili Bakıda qeyd edəcək

Dünyaca məşhur futbolçu Yeni ili Bakıda qeyd edəcək
  28 Dekabr 2017    Oxunub:4687
Brazilya yığmasının və PSJ futbol klubunun dünyaca məşhur müdafiəçisi Dani Alves Azərbaycana gəlir.

AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Alves dekabrın 31-də Bakıdakı “Hilton” otelində təşkil olunacaq Yeni il şənliyinə qatılacaq.

Yeni il şənliyində Türkiyənin tanınmış DJ-i Faruk Sabançının da iştirak edəcəyi gözlənilir. DJ buna görə 40 min dollar mükafat alacaq.

AzVision.az


Teqlər: Dani-Alves   Bakı  





Xəbər lenti