UEFA-nın nümayəndəsi Bakıda

UEFA-nın nümayəndəsi Bakıda
  28 Dekabr 2017    Oxunub:1366
AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirilib.
AzVision.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Cəbrayılov milli üzvlərinə danışılmış oyunlar mövzusu ilə bağlı məlumat verib.

Tədbirin təşkilində əsas məqsəd gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları bundan qorumaq, çəkindirməkdi.

AzVision.az


Teqlər: UEFA   AFFA  





Xəbər lenti