Rusiya XİN Ərdoğanı yox, Əsədi müdafiə etdi

Rusiya XİN Ərdoğanı yox, Əsədi müdafiə etdi
  28 Dekabr 2017    Oxunub:1869
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Bəşər Əsədlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, XİN rəsmisi Mariya Zaxarova Ərdoğanın "Bəşər Əsəd terrorçudur" fikri ilə razılaşmayıb.

O, jurnalistlərə açıqlamasında Ərdoğanın bəyanatının yersiz olduğunu deyib.

"Bu cür bəyanatların mənəvi tərəfini kənara qoyuram. Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır", - deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, Ərdoğan Tunis prezidenti ilə keçirdiyi mətbuat konfransında Bəşər Əsədin Suriyada dövlət terroru həyata keçirdiyini, onun terrorçu olduğunu bildirib.

AzVision.az


Teqlər: Rusiya   Ərdoğan   Əsəd  





Xəbər lenti