Romada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən səfir Məmməd Əhmədzadə dünyada yaşayan soydaşlarımızın milli mənəvi dəyərlərə bağlılığının və Vətənlə təmaslarının möhkəmləndirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu deyib.
Səfir bu xüsusda ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər barədə danışıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən diplomat bu günlərdə Azərbaycan dövlətinin başçısının dünya azərbaycanlılarına müraciətindəki fikirlərə istinad edərək İtaliyada yaşayan həmvətənlərimizi də milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməyə çağırıb.
Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən M.Əhmədzadə onlara xoş arzularını çatdırıb.
Tədbir bayram şənliyi ilə davam edib.
AzVision.az
Teqlər: İtaliya Səfirlik Roma Yeni-il