Türkiyədən ABŞ-ın jestinə cavab

Türkiyədən ABŞ-ın jestinə cavab
  29 Dekabr 2017    Oxunub:1229
Türkiyə ABŞ-a cavab olaraq vizaların verilməsinə qoyulan məhdudiyyəti ləğv edib.
"Anadolu" agentliyinin məlumatına görə, bu bardə Türkiyənin Vaşinqtondakı səfirliyi bəyanat yayıb.

Bildirilib ki, rəsmi Ankara tərəfindən ABŞ vətəndaşları üçün viza rejiminə tətbiq edilən məhdudiyyətlər qarşılıqlı prinsip əsasında aradan qaldırılıb.

Bir qədər əvvəl isə ABŞ-ın Ankaradakı səfirliyi Dövlət Departamentinin Türkiyə ərazisində qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan məhdudiyyətləri ləğv etdiyinə dair bəyanat yayıb.

AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti