Konstitusiya Məhkəməsi Məmmədovun işinə baxdı
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 mart tarixli qərarı “AQ İnşaatçı Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xəqani Məmmədova qarşı aralarında bağlanmış 2007-ci il 29 may tarixli daşınmaz əmlakın sifarişi üzrə müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
AzVision.az
Teqlər: Konstitusiya-Məhkəməsi