Təcrübəsiz erməni komandirlər Qarabağa göndərilir

Təcrübəsiz erməni komandirlər Qarabağa göndərilir
  29 Dekabr 2017    Oxunub:2774
İşğal altında olan Qarabağda mina partlayışından ölən erməni zabit təcrübəsiz olub.

AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan ordusunun mina partlayışından ölən zabiti Qeğam Zakaryanın anası bildirib.
O, Zakaryana dəfələrlə başqa sahəni seçməyi təklif etdiyini bildirib. Lakin Zakaryan anasını dinləməyib və hərbi institutda istehkamçı ixtisasını seçib. Erməni qadının sözlərinə görə, oğlu təyinat vaxtı püşkatmadan imtina edərək özü Qrabağa yollanıb. Araşdırmalara görə, bu il heç bir zabit Ermənistana təyinat almayıb, əskinə zabitlərin hamısını birbaşa Qarabağa göndəriblər.

2017-ci il noyabrın 21-də işğal altında olan Ağdərədəki hərbi hissələrdən birinin "müdafiə zolağı"nda mina basdırarkən leytenant Qeğam Zakaryanla birgə, onun bölüyünün əsgərləri Sarkis Abrahamyan və Sarkis Məlikyan da ölüb. Narek Hoveyan isə ağır yaralanıb.

Bu günədək Ermənistan müdafiə nazirliyi minanın kimin səhvi ucbatından partladığına dair məlumat verməyib. Lakin əsgər anasının sözlərindən məlum olur ki, Ağdərə hərbi hissəsinin komandiri təcrübəsiz zabiti mina basdırmağa göndərib.

Xatırladaq ki, 22 yaşlı erməni zabiti təhsilini yenicə başa vurmuş, leytenant hərbi rütbəsi ilə Ağdərədəki hərbi hissəyə, istehkam bölüyünə göndərilmişdi.

AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti