Körpü uçdu - FOTO
Hadisə şahidlərinin verdiyi məlumata görə, körpü Ağırtonajlı yük maşını keçərkən çökməyə başlayıb. Lakin yük avtomobili körpünü keçdikdən sonra körpü uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu körpü 1964 cü ildə tikilib və üzərində 2002-ci ildə sonuncu dəfə təmir işləri aparılıb. Hazırda magistral yolda avtomobillərin hərəkətlərini təmin etmək üçün hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən xeyli sayda texnikası cəlb olunaraq əlavə yolların çəklməsi istiqamətində işlər aparılır./salamnews/