Kasıb ermənilər etiraz edir: “Dilənçi kimi yaşayırıq”

Kasıb ermənilər etiraz edir: “Dilənçi kimi yaşayırıq”
  29 Dekabr 2017    Oxunub:3387
Rəsmi statistikaya əsasən, Ermənistan əhalisinin 30% kasıbdır.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistanda 3 nəfərdən biri, yəni 900 min nəfər kasıblıq həddindən aşağı səviyyədə yaşayır.
Təqaüdçülərdən biri “Amerikanın Səsi” radiosunun erməni bölməsinə bildirib ki, olduqca çətin şəraitdə yaşayır. O, cəmi 40 min dram təqaüd alır: “Xuliqanlar, cinayətkarlar hakimiyyətə gəlib adam olublar, biz isə dilənçi kimi qalmışıq. Yeni baş nazirə güvənirdik, o, isə daha betər etdi. Deyirlər ki, təqaüd, maaş artımı gözləməyin”.

Digər sakin isə deyib ki, şəhərdə gəzmək mümkün deyil: “Bir az normal geyinib, gəzən adamlara dilənçilər imkan vermir. Hara gedirsən dilənçilərdir. Qiymətlər isə həddindən artıq bahalaşıb”.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti