"Sədərək"də əməliyyat keçirilib
Belə ki, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində əməliyyat tədbirləri keçiriblər.
Nəticədə, ticarət mərkəzinin ərazisində 27719 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
AzVision.az