Kraliçanın ad günü qeyd edildi

Kraliçanın ad günü qeyd edildi
  26 Sentyabr 2013    Oxunub:1011
Bu gün Bakıda Böyük Britaniya kraliçası ll Yelizavetanın rəsmi təvəllüd günü münasibəti ilə qəbul təşkil olunub. Tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycanın ictimai və siyasi xadimləri və digər qonaqlar iştirak edib.
İki ölkənin dövlət himnlərin səsləndirilməsindən sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddıq bildirib ki, Böyük Britaniya Azərbaycanla tək enerji sahəsində deyil, həmçinin, təhsil, idman və mədəniyyət sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindədir.

Səfirin sözlərinə görə, Britaniya Azərbaycanın ən böyük sərmayəçisidir.

Tədbirdə çıxış edən Azərbaycan təhsil naziri Mikayil Cabbarov prezident İlham Əliyevin təbrikini çatdırıb.

O həmçinin, xatırladıb ki, ötən il Bakıda kraliça II Yelizavetanın taxt-taca çıxmasının 60-cı ildönümü təntənəli şəkildə qeyd olunub: "Azərbaycan 90-cı illərin əvvəlində müstəqillik əldə edəndə Britaniya Azərbaycanın ən yaxın tərəfdaşı və "Əsrin Müqaviləsinin" imzalanmasında iştirak edən ölkələrdən olub. Bizim ordularımız dünyanın müxtəlif qaynar nöqtələrində birgə
vuruşurlar, ölkələrimiz iki ildir BMT TŞ-də birgə fəaliyyət göstərirlər".


Teqlər:  





Xəbər lenti