"Azay Quliyev hər bir QHT-yə xüsusi diqqət göstərir"
Hər 3 rayonda 400-dən artıq gəncin işsizlik səbəbini araşdırıb və layihəni uğurla başa vurmuşuq. Layihənin nəticələrinə dair müvafiq rəsmi qurumlara hesabatlar təqdim etmişik. Bu il ərzində təşkilatımız vətəndaş cəmiyyətinin ölkədə keçirdiyi əksər tədbirlərdə yaxından iştirak edib. Dövlət və milli maraqların müdafiəsi istiqamətində bir sıra tədbirlər keçirmişik. Azərbaycanın milli maraqlarına zərbə vuran və erməni diasporasının maliyyəsi ilə fəaliyyət göstərən milli satqınlar və ünsürlərə qarşı kəskin mövqeyimizi bildirmişik.
Hörmətli millət vəkilimiz, Şuranın rəhbəri Azay Quliyevin QHT-lərə göstərdiyi xüsusi diqqəti qeyd etmək istəyirəm.
Vətəndaş cəmiyyətində dövlət və milli maraqların müdafiəsi istiqamətində hər bir QHT-nin fəaliyyətinə Azay müəllimin birbaşa dəstəyini görmək olur. Hesab edirəm ki, 2017-ci il bizim təşkilat üçün yadda qalan il olub.
Teqlər: