Bu ölkədə turistlər vergi ödəyəcək

Bu ölkədə turistlər vergi ödəyəcək
  30 Dekabr 2017    Oxunub:2662
2018-ci ilin yanvarın 1-dən Yunanıstanda turizm vergisi alınacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, vergi otellərə və xüsusi otel rejimində fəaliyyət göstərən mənzillərə şamil olunacaq.

Belə ki, 5 ulduzlu otellərdə günlük 4 avro, 4 ulduzlularda 3, 3 ulduzlu otellərdə 1,50, 2 və 1 ulduzlu otellərdə isə 0,50 avro vergi alınacaq. Vergi 4 ulduzlu mənzillərdə 1 avro, 3 ulduzlularda 0,50 avro, 2 və 1 ulduzlularda isə 0,25 avro təşkil edəcək.

AzVision.az


Teqlər: Yunanıstan  





Xəbər lenti