Tramp iranlılara dəstək verdi: "Dünya izləyir!"
“Xaricdə terrorizmi maliyyləşdirmək məqsədilə ölkə sərvətlərini talayan və korrupsiya rejimindən bezən İran vətəndaşlarının dinc aksiyaları barədə xeyli məlumatlar var. İran hökuməti özünüifadə hüququ da daxil olmaqla, ölkə vətəndaşlarının hüquqlarına hörmət etməlidir. Dünya izləyir!, - deyə Tramp “Twitter”-də yazıb.
Qeyd edək ki, dünən İranda bahalaşmağa etiraz əlaməti olaraq aksiyalar keçirilib. Dekabrın 28-də Məşhəd və digər şəhərlərdə keçirilən etiraz aksiyaları ilə bağlı 52 nəfərin saxlanıldığı bildirilib.
Eldar Tanrıverdiyev
AzVision.az