Şaxta baba və Qar qız Bakı metrosunda - FOTOLAR

  30 Dekabr 2017    Oxunub : 892
Şaxta baba və Qar qız Bakı metrosunda - FOTOLAR

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında kiçik sərnişinlərə sürpiriz edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayeva Şaxta baba və Qar qız obrazlarında "Bakmil"dən retro qatarla "İçərişəhər" metrostansiyasına gəliblər.

Onlar daha sonra "Həzi Aslanov" metrosu istiqamətində stansiyaları gəzərək qatarda olan uşaqlara hədiyyələr paylayıblar. Beləliklə, "Bakı Mertopoliteni"ndə əsil bayram əhval ruhiyyəsi yaşanıb.

Qeyd edək ki, dekabrın 30, 31-i və yanvarın 1, 2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.

























AzVision.az

Teqlər: Metro