İsrail səfiri Pirallahıda olub

İsrail səfiri Pirallahıda olub
  30 Dekabr 2017    Oxunub:2135
İsrailin Azərbaycandakı səfiri Dan Stav, həyat yoldaşı Gili Stav və müavini Avital Rosenberg ilə Pirallahı rayonuna səfər ediblər.
Bu barədə İsrailin Azərbaycandakı səfiriliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən onlar İcra Hakimiyyətinin Başçısı cənab Vasif Hasanov ilə görüşüblər və rayonda son illər ərzində baş verən inkişaf, Pirallahı adanı və Abşeron yarımadanı birləşdirən körpü, rayonda turizm şəhərcikliyin açılmasına dair planlar barədə məlumat alıblar. Delegasiya Nərəkənd balıqyetişdirmə kompleksini ziyarət ediblər və burda dəniz turizmin inkişaf etdirilməsi üçün sahilyanı ərazilərinin təmizlənməsi üçün görülən işlər barədə məlumat alıblar. Delegasiya çox qısa müddətdə görülən işdən çox təsirləndi. Sonra onlar Sənaye parkı və Yüksək Texnologiyalar parkını ziyarət ediblər və əczaçılıq, kopyuter texnologiyaları və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə ediblər. Delgasiya “Abşeronneft” NQÇİ ziyarər ediblər və rayonda neft sənayesinin tarixi barədə məlumat alıblar, günəş enerjisi parkı ilə tanış olublar və Pirallahıda alternativ erergetika sahənin inkişafı barədə məlumat alıblar. Delegasiya rayonda görülən işlər və yüksək standartlara cavab verən infrastrukturu barədə məlumat alıblar. Pirallahıya səfər bərpa olunan enerji, şor suların təmizlənməsi, balıqçılıq, aczaçılıq, istixanalar və su idarə edilməsini sahədə əməkdaşlıq üçün imkanlar yaradıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: İsrail  





Xəbər lenti