Putindən İlham Əliyevə Yeni il təbriki

Putindən İlham Əliyevə Yeni il təbriki
  30 Dekabr 2017    Oxunub:3112
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.
AzVision.az Kremlin saytına istinadən xəbər verir ki, Putin məktubunda bu il Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayıb və bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə bağlı əlamətdar olduğunu qeyd edib.

Rusiya prezidenti eyni zamanda iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini söyləyib.

Putinin sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və ondan kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   İlham-Əliyev   Azərbaycan   Rusiya  





Xəbər lenti