İsrail UNESCO-dan rəsmən çıxdı

İsrail UNESCO-dan rəsmən çıxdı
  30 Dekabr 2017    Oxunub:1755
YUNESKO-nun baş direktoru Odre Azule İsrail hökumətindən təşkilatın tərkibindən çıxması barədə rəsmi bildiriş alıb.

AzVision.az xəbər verir ki, bu barədə baş direktorun bəyanatında qeyd olunub.
Bildirilib ki, İsrail 2018-ci il dekabrın 31-də rəsmi olaraq “YUNESKO”-dan çıxacaq.

Qeyd edək ki, ABŞ oktyabrın 12-də YUNESKO-dan çıxması ilə bəyanat yayıb. Məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESCO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

AzVision.az


Teqlər: İsrail   ABŞ  





Xəbər lenti