41 mindən çox müəllim imtahandan "üzü ağ" çıxıb

41 mindən çox müəllim imtahandan "üzü ağ" çıxıb
  30 Dekabr 2017    Oxunub:3320
Bu il 41.360 müəllim diaqnostik qiymətləndirmədən keçib.

Təhsil Nazirliyinin məlumatına görə, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib.

Beləliklə, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.

2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 2018-ci il yanvarın 1-dən artırılacaq.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim   İmtahan  





Xəbər lenti