Qurban Qurbanov Zidanla eyni siyahıda

Qurban Qurbanov Zidanla eyni siyahıda
  30 Dekabr 2017    Oxunub:1997
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
"World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci pillədə qərarlaşıb. R.Qriqorçuk 252 xalla 949-cu, A. Abbasov 217 xalla 999-cudur.

Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (17 min 696 xal) başçılıq edir. Renato Qauşo ("Qremio") 13 min 274 xalla 2-ci, Dieqo Simeone 12 min 795 xalla 3-cü pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: Qurban-Qurbanov   Zidan  





Xəbər lenti