Girov saxlanılan 11 nəfər azad olunub - Yenilənib

Girov saxlanılan 11 nəfər azad olunub - Yenilənib
  31 Dekabr 2017    Oxunub:3068
Xarkovda poçtda girov saxlanılan şəxslərin hamısı azad olunub.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib. Onun sözlərinə görə, cinayətkar saxlanılıb.

***
(20:40)

Xarkovda naməlum şəxs poçt şöbəsində 11 nəfəri girov götürüb.

TASS-ın verdiyi məlumata görə, girovlardan ikisi uşaqdır. Cinayətkar üzərində partlayıcı qurğu olduğunu bildirib.

Polis baş verən insidentin qarət məqsədi daşıdığını istisna etmir. Xarkov vilayətinin polis rəisi Oleq Bex insanları girov götürən şəxslə əlaqə yaradıldığını, lakin onun hər hansı tələb irəli sürmədiyini deyib.

Hadisə yerinə polis əməkdaşları, tibb işçiləri, yanğınsöndürənlər və partlayıcı qurğu üzrə mütəxəssislər cəlb olunub. Hazırda cinayətkarla danışıqlar aparılır.

AzVision.az


Teqlər: Xarkov  





Xəbər lenti