Rusiyada terror törədən şəxs tutulub

Rusiyada terror törədən şəxs tutulub
  31 Dekabr 2017    Oxunub:2227
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Sankt-Peterburqda “Perekryostok” supermarketində partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, saxlanılan şəxs İstintaq Komitəsinə təhvil verilib. Onun ifadəsi alındıqdan sonra barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Qeyd edək ki dekabrın 27-də törədilən partlayış nəticəsində 18 nəfər yaralanıb. Rusiya prezidenti Vladimir Putin hadisəni terror aktı kimi qiymətləndirib.

AzVision.az


Teqlər: Rusiya   Terror  





Xəbər lenti