Alnında burun yetişdirdilər - FOTO,VİDEO

Alnında burun yetişdirdilər - FOTO,VİDEO
  26 Sentyabr 2013    Oxunub:4120
Həkimlər yol qəzası nəticəsində burnu xəsarət alan Xiaolian üçün yeni bir burun yetişdirdi.
AzVision.az-ın turkishny.com-a istinadən verdiyi məlumata görə, Çinin cənub-qərbində Fujian bölgəsində yaşayan Xiaolian keçirdiyi yol qəzasında burnundan ağır zərbə alıb.

Vaxtında müalicə almadığından burnu iltihablanır və qığırdağı zərər görür. Həkimlər çıxış yolunu 22 yaşlı gənc üçün yeni burun yetişdirməkdə görürlər və burun hüceyrələrini Xiaolianın alnının üzərinə yerləşdirirlər. Daha sonra hüceyrələr qabırğa sümüyü ilə dəstəklənir və ortaya yeni bir burun çıxır.

Cərrahlar burunun artıq yetişdiyini və bu yaxınlarda Xiaolianın alnından alınaraq əvvəlki burnunun yerinə yerleşdiriləcəyini bildiriblər.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti