Yunanıstanda zəlzələ olub

Yunanıstanda zəlzələ olub
  31 Dekabr 2017    Oxunub:1489
Bu gün Yunanıstanda 4,9 maqnitudalı zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 06.02 radələrində baş verən zəlzələnin ocağı Afinadan 81 km uzaqda, 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

AzVision.az


Teqlər: Yunanıstan  





Xəbər lenti