İsrail YUNESKO-dan imtina etdi

İsrail YUNESKO-dan imtina etdi
  31 Dekabr 2017    Oxunub:1718
İsrail YUNESKO-dakı üzvlüyündən imtina edib.
AzVision.az xəbər verir ki, bu barədə YUNESKO-nun sədri Audrey Azoulay tərəfindən yayılan açıqlamada qeyd edilib.

İsrail qərarını YUNESKO-nun Fələstin torpaqlarında tərəf saxlaması və tarixi qorumaması ilə əlaqələndirib.

Azoulay İsrail hökümətinin 12 oktyabr 2017-ci ildə elan etdikləri qərarın bu gündən etibarən qüvvəyə mindiyini və bundan “dərin kədər” hiss etdiklərini açıqlayıb.

AzVision.az


Teqlər: YUNESKO  





Xəbər lenti