İstanbulda terror aktlarının qarşısı alındı

İstanbulda terror aktlarının qarşısı alındı
  31 Dekabr 2017    Oxunub:2286
Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqələrdə və İstanbulda terror aktı hazırlığında şübhəli bilinən 20 nəfər saxlanılıb.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 15-i xarici ölkə vətəndaşdır.
Qeyd edilib ki, terrorizmlə mübarizə üzrə polis bölməsi İstanbulun üç rayonunda reydlər keçirib.

Saxlanılanlar Yeni ilin bayram günlərində İstanbulda terror aktları planlaşdırıblar.

AzVision.az



Teqlər: İstanbul   İŞİD  





Xəbər lenti