Hərbi hissələrdə bayram tədbirləri keçirilib – FOTOLAR

  31 Dekabr 2017    Oxunub : 566
Hərbi hissələrdə bayram tədbirləri keçirilib – FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.

AzVision.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, onlara bayram sovqatları çatdırılıb.

Şəxsi heyət bayramlarla əlaqədar şəhid məzarlarını ziyarət edib, şəhid və yaralıların ailələrinə baş çəkilib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunub.

Təntənəli mərasimlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.









AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi