ABŞ-da atışma, 7 nəfər yaralanıb

ABŞ-da atışma, 7 nəfər yaralanıb
  01 Yanvar 2018    Oxunub:1499
ABŞ-ın Kolorado ştatında atışma baş verib. Silahlı insident nəticəsində polis əməkdaşları daxil olmaqla 7 nəfər yaralanıb.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, polislərə hücum etməkdə şübhəli bilinən şəxsi saxlamaq mümkün olmayıb. Atışma polis əməkdaşları məişət zəminində münaqişə ilə əlaqədar hadisə yerinə gəldikdən sonra baş verib.

Hadisənin təfərrüatları açıqlanmır. Yaralıların vəziyyəti barədə dəqiq məlumat verilmir.

AzVision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti