ATƏT-ə sədrlik İtaliyaya keçdi

ATƏT-ə sədrlik İtaliyaya keçdi
  01 Yanvar 2018    Oxunub:1228
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik 2018-ci il yanvar ayınn 1-dən İtaliyaya keçib.
AzVision.az-ın məlumatına görə, ATƏT-də müvəqqəti rəhbər rolunu İtaliyaya vermək qərarı 2016-cı ilin iyulunda bütün 57 üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib.

İtaliya XİN-i ölkənin ATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb - Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək.

AzVision.az


Teqlər: ATƏT  





Xəbər lenti