MDB-yə sədrlik Tacikistana keçib

MDB-yə sədrlik Tacikistana keçib
  01 Yanvar 2018    Oxunub:1345
MDB-yə sədrlik 2018-ci ilin yanvarın 1-dən Rusiyadan Tacikistana keçib.
AzVision.az-ın məlumatına görə, Tacikistan prezidenti Emoməli Rəhmon dekabrın sonunda Moskvada MDB-nin qeyri-rəsmi sammitində çıxış edərkən ölkəsinin MDB-yə sədrliyi dövründə səylər əsasən hərbi-texniki əməkdaşlığın və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiləcəyini bildirib.

Onun sözlərinə görə, terrorçuluq, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə də xüsusi diqqət ayrılacaq.

O, əlavə edib ki, Tacikistanın MDB sədri kimi səyləri iqtisadi əlaqələrin daha da inkişafına yönəldiləcək.

AzVision.az


Teqlər: MDB  





Xəbər lenti