Trampdan Ruhaniyə növbəti tvit: “Dəyişikliyin vaxtıdır”

Trampdan Ruhaniyə növbəti tvit: “Dəyişikliyin vaxtıdır”
  02 Yanvar 2018    Oxunub:4227
ABŞ prezidenti Donald Tramp İranda baş verən etirazları şərh edib.

AzVision.az xəbər verir ki, Tramp özünün “Twitter” səhifəsində bildirib ki, İranda dəyişikliyin zamanı yetişib.
“Böyük İran xalqı illər boyu repressiyalara məruz qalıb. Onun yeməyə və azadlığa ehtiyacı var. İranda insan hüquqlarının pozulması ilə yanaşı ölkənin maddi rifahı talan edilib. Dəyişikliyin vaxtı çatıb”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti